azerbaycanda-elektron-emtee-neqliyyat-qaimesi-tetbiq-edilecek

Azərbaycanda elektron əmtəə nəqliyyat qaiməsi tətbiq ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) elektron əmtəə nəqliyyat qaiməsinin tətbiqi ilə bağlı iş aparır.

İnsider.az xəbər verir ki, bunu DANX-ın rəisi Həbib Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu sistem gələn il istifadəyə veriləcək: “Elektron əmtəə nəqliyyat qaiməsi sistemi yük alan, yük götürən və yük daşıyıcını vahid elektron məkanda birləşdirəcək. Yəni, sahibkarlar yükdaşıma prosesinə elektron nəzarət edə biləcək”. 

©Report