azerbaycanda-sogan-uzre-de-assosiasiya-yaradilacaq

Azərbaycanda soğan üzrə də assosiasiya yaradılacaq

Yaxın vaxtlarda “Azərbaycan Soğan İstehsalçıları və İstehlakçıları Assosiasiyası” İctimai Birliyi yaradılacaq.

İnsider.az bildirir ki, bu barədə İmişlidə, "Sənaye Bitkilərinin İstehsalı və Emalı Kooperativi"nin təsis konftansı zamanı kənd təsərrüfatı nazirinin müavini İlham Quluyev məlumat verib.

O, həmçinin deyib ki, hazırda soğanın baha deyil: “Bu məhsul demək olar ki, real dəyərinə - ona çəkilmiş xərcə uyğun qiymətə satılır. Soğanın məhsuldarlığı yüksəkdir, buna görə də onun qiymətində azalma var və hətta Azərbaycandan ixrac olunur”. 

©Report