azerbaycanda-startaplari-maliyyelesdiren-fond-yaradilir

Azərbaycanda startapları maliyyələşdirən fond yaradılır

Azərbaycanda yerli startapların maliyyələşdirilməsi üçün fond yaradılır.

İnsider.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırliyi ilə "DAAL Venture Capital" arasında anlaşma mmemorandumnu şərh edərkən "FA İnternational Trade Events"in CEO-su Nail Babayev deyib. Onun sözlərinə görə, memorandumun mahiyyəti ilkin niyyət göstəricisidir və sonrakı mərhələdə fondun yaradılması nəzərdə tutulur ki, həmin fond vasitəsilə Azərbaycan startaplarına investisiyalar ediləcək. Həmçinin, "DAAL Venture Capital" şirkəti Azərbaycan startaplarına fonddan kənar investisiyalar da edib ki, bu investisiyaların məbləği açıqlanacaq.

N. Babayev əlavə edib ki, yerli startaplar investisiya cəlb etmək üçün xarici investorlara üz tutur, fondun yaradılması ilə isə xarici investorlar Azərbaycana dəvət olunur.