azerbaycandan-gurcustana-pul-kocurmeleri-artib

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Bu ilin iyul ayında Azərbaycandan Gürcüstana 2,11 milyon ABŞ dolları məbləğində pul köçürülüb.
Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

İnsider.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.

Azərbaycandan Gürcüstana pul köçürmələri ümumi köçürmələrdə 1,4% paya malik olub. Qeyd edək ki, iyulda Gürcüstana xarici ölkələrdən 154,5 milyon dollar pul köçürülüb. Bu, illik müqayisədə 10,1 milyon dollar və yaxud 7% çoxdur.

Hesabat ayında Gürcüstandan xarici ölkələrə isə 19,2 milyon dollar pul köçürülüb ki, bu da 1 il əvvələ nisbətən 1,6% və yaxud 0,3 milyon dollar çoxdur.

© “Report”