azerbaycandan-gurcustana-yeddi-ayda-ixrac-edilen-tebii-qazin-hecmi-aciqlandi

Azərbaycandan Gürcüstana yeddi ayda ixrac edilən təbii qazın həcmi açıqlandı

Bu ilin ilk yeddi ayı ərzində Gürcüstan Azərbaycandan 1 047 703,2 kubmetr təbii qaz idxal edib.

İnsider.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Azərbaycanın Gürcüstana ixrac etdiyi təbii qazın ümumi dəyəri 173 mln. 664,8 min dollar təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi təbii qaz həcm baxımından 80 363,3 kubmetr və ya 8,3 % çoxdur. 

Report