azerbaycanin-sigorta-bazari-2-boyuyub

Azərbaycanın sığorta bazarı 2% böyüyüb

Bu ilin yanvar-fevral aylarında ayında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 132,819 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

İnsider.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,05% çoxdur.

İki ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 33,116 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 18,2% azdır.

2019-cu ilin yanvar-fevral aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 24,9 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 31,1 manat olub.