azerbaycanin-vergi-ombudsmani-melum-oldu-teyinat

Azərbaycanın Vergi Ombudsmanı məlum oldu - TƏYİNAT

Vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə vergilər nazirinin əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı institutu yaradılıb.

İnsider.az xəbər verir ki, bu barədə mayın 3-də Vergilər Nazirliyində keçirilən brifinqdə vergilər nazirinin müşaviri Elçin Məmmədov deyib.

O bildirib ki, institut vergi ödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə köməklik göstərəcək.

Qeyd olunub ki, vergilər nazirinin əmri ilə nazirin müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib.