baki-hotellerinde-butun-nomreler-tutulub

Bakı hotellərində bütün nömrələr - TUTULUB

May ayının 29-unda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəmizin paytaxtı yenidən turistlərin axışdığı məkana çevriləcək.

İnsider.az xəbər verir ki, aparılan araşdırmaya əsasən artıq Bakının bir çox məhşur hotellərində vaxtından əvvəl otaqların əksəriyyəti satılıb. 

Belə hotellərdən biri olan "Grand Europe Hotel Baku"da 29 may tarixinə bütün otaqlar rezerv edilib. Hoteldən verilən məlumata görə əgər adi günlərdə otaqların 40-60%-i rezerv edilirdisə, ayın 29-una bu göstərici 100%-ə qaldırılıb. Qeyd edək ki, "Booking.com" saytında 29 may tarixinə "Grand Hotel Baku"da 1 günlük 1 otağın qiyməti 989 AZN olaraq qeyd edilmişdi.

Paytaxtın digər məhşur hoteli sayılan "Hyatt Regency Baku"da da adi günlərdə otaqların 50-60%-i rezerv edildiyi halda, bu ayın 29-una bütün otaqlar satılıb. "Booking.com"da "Hyatt Regency Baku"da 1 günlük 1 otağın qiyməti 896 azn olaraq göstərilmişdi.

"Park Inn By Radisson Baku Hotel"də də bütün nömrələr dolub. Hoteldən verilən məlumata görə adi günlərdə rezervasiya faizi 70-80% qeydə alınıb. "Booking.com" saytında bu hoteldə 1 günlük 1 otağın qiyməti isə 1512 manat olub.

"Ramada By Wyndham Baku"da isə may ayının 29-una otaqların 80% rezervasiya olunub. Adi günlər üçün isə bu göstərici 30% təşkil edib. Hoteldən verilən məlumata görə 29 may tarixinə satılan otaqların qiyməti 800 manatdan başlayır.

©Finans.az