baki-ile-moskva-arasinda-reysler-texire-salindi

Bakı ilə Moskva arasında reyslər - TƏXİRƏ SALINDI

Mayın 6-da Bakı-Moskva və Moskva-Bakı aviareyslərində ləngimələr müşahidə olunur.

İnsider.az xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumata əsasən, Moskanın "Şeremetyevo" hava limanında Bakıya gələn təyyarənin eniş vaxtı 14:05-dən 13:05-ə keçirilib.

Bundan başqa, Bakıdan Moskvaya olan reys saat 15:10-dan 17:00-a təxirə salınıb.

Qeyd edək ki, dünən Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 41 nəfər həlak olub.

Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. "Şeremetyevo" hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.

Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.