baki-kucelerinden-birinde-neqliyyatin-hereketi-mehdudlasdirilib

Bakı küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

A.Bakıxanov-M.Qaşqay küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində müəyyən məhdudiyyətlər yaranıb.

İnsider.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən “Report”-a verilən məlumata görə, A.Bakıxanov küçəsindəki iki zolağda hərəkət müvəqqəti məhdudlaşdırılıb.

“A.Bakıxanov küçəsindən sola Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq məhdudlaşdırılıb”, - məlumatda bildirilir.