baki-tbilisi-ceyhan-kemeri-ile-5-ayda-dasinan-neftin-hecmi-melum-olub

Bakı–Tbilisi–Ceyhan kəməri ilə 5 ayda daşınan neftin həcmi məlum olub

Bu ilin ilk 5 ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 16 milyon 536,2 min ton neft nəql olunub.

İnsider.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 81,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-may aylarında bu kəmərlə 13 milyon 415,2 min ton neft nəql edilib. Beş ayda BTC ilə 1 milyon 984,6 min ton tranzit nefti də ötürülüb.

©AZƏRTAC