baku-international-tobacco-272-min-manat-cerimelenib

“Baku İnternational Tobacco” 272 min manat cərimələnib

“Baku İnternational Tobacco” MMC inzibati qaydada cərimə edilib.

İnsider.az-ın xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) madəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 272050 manat məbləğində cərimə olunub.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli qərarından verilmiş. apellyasiya şikayətinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Baku İnternational Tobacco” Azərbaycanda siqaret istehsalını həyata keçirən şirkətdir.

©"Report"