bank-avrasiya-nin-menfeeti-keskin-azalib

“Bank Avrasiya”nın mənfəəti kəskin azalıb

“Bank Avrasiya” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 155,347 milyon manat təşkil edib.

İnsider.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 4,2% azdır

“Bank Avrasiya”nın aktivlərinin 75,997 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 0,1% kiçilib.

Hesabat dövründə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 8,7% azalaraq 91,304 milyon manat, o cümlədən depozit portfeli 20,4% azalaraq 41,235 milyon manat, bankın cəmi kapitalı isə 2,9% artaraq 64,044 milyon manat olub.

Bu ilin I rübündə “Bank Avrasiya”nın faiz gəlirləri 2,904 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 3,9% çox), faiz xərcləri 606 min manat (7,8% az), qeyri-faiz gəlirləri 395 min manat (33% çox), qeyri-faiz xərcləri 1,059 milyon manat (0,4% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 1,628 milyon manat (1 il bundan əvvəl qənaət edib), gözlənilməz gəlirləri isə 8 min manat (8 dəfə çox) təşkil edib. Son nəticədə bank rübü 14 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 321 dəfə azdır.

©“Report”