bank-xilasetme-fondu-33-milyard-avroya-catib

Bank xilasetmə fondu 33 milyard avroya çatıb

Avro Bölgəsindəki bank və kredit təşkilatlarının çətin vəziyyətlərdən xilas edilməsi və ya ləğvi üçün yaradılmış fondun (Yeganə Həll Fondu -SRF) ümumi həcmi 33 milyard avroya çatıb.

İnsider.az xəbər verir ki, fonda 2019-cu ili üçün 7,8 milyard avro inyeksiya edilb və bu vəsaitlə fondun ümumi həcmi 33 milyard avroya çatıb.

Fondun Avro Bölgəsindəki cəmi əmanətlərin ən azı 1%-i səviyyəsinə çatdırılması nəzərdə tutulur. 

2023-ci ildə fondu 60 milyard avro səviyyəsinə çatdırılması hədəflənir. 

© "Marja"