banklarin-merkezi-banka-olan-borclari-daha-da-azalib

Bankların Mərkəzi Banka olan borcları daha da azalıb

2019-cu ilin 1-ci yarısında kommersiya bankları Mərkəzi Banka olan borclarını 177 milyon manat azaldıblar.

İnsider.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 31 Dekabr 2018-ci il tarixində Mərkəzi Bankın banklara qarşı tələbləri 384.7 milyon manat təşkil edirdi. 30 İyun 2019-cu il tarixində bu tələblər 207.7 milyon manata geriləyib.

2018-ci ilin İyun ayının sonu ilə müqayisədə Mərkəzi Bankın banklara qarşı tələbləri 231,1 milyon manat azalıb.

Müştərilərə verilən kreditlərin 13 milyard 146 milyon manata çatdığını nəzərə alsaq, bankların cəlb etdiyi resurslarda Mərkəzi Bankın vəsaitlərinin payı çox aşağıdır.