bitkoinin-son-qiymeti

Bitkoinin SON QİYMƏTİ

Dünyanın kriptovalyuta bazarı ötən həftə sonunu kəskin enmə və ondan da sürətli geri dönüşlə başa vurub. 

İnsider.az xəbər verir ki, əsas kriptovalyuta sayılan bitkoin 3 gün əvvəl – mayın 16-da 8 316 dollarlıq həddə çatdıqdan sonra sürətlə ucuzlaşmağa başlayıb. Nəticədə qısa müddət ərzində bitkoin 1000 dollardan çox ucuzlaşaraq 7 045 dollara enib.

Amma bundan sonra qiymətlərdə yenidən artım başlayıb və mayın 19-u səhər saatlarında bitkoin 7 300 dollara yüksəlib. Gün ərzində isə daha sürətli bahalaşma ilə qiymət 8 156 dollara çatıb.

Başqa sözlə, təkcə 19 may tarixində 12% bahalaşan bitkoin 1000 dollardan artıq məbləğdə "geri dönüş edib".

Ümumiyyətlə, hazırda kriptovalyuta bazarı son vaxtlarda görünməyən artımdadır – bazar həcminə görə, ən böyük 100 kriptovalyutadan 94-də qiyət artımı baş verib. Ən böyük artım "LATOKEN" - 24%, "Bitcoin Cash" - 18% və "Verge"-də baş verib – 17,3%.

17 kriptovalyutanın qiymətində artım 10%-dən artıq olub.