biznes-plan-tezlikle

“Biznes Plan” - TEZLİKLƏ

Əziz oxucular, tezliklə İnsider.az  "Synergy Partnership" şirkəti ilə birgə layihəsi olan “Biznes Plan”ı sizə təqdim edəcək.

AzərTürkBankın dəstəyi ilə həyata keçiriləcək layihənin əsas məqsədi Azərbaycanda geniş biznesə çevrilən startapların təsisçiləri, uğurlu iş adamları ilə sahib olduqları təcrübənin, qurduqları biznesin xüsusiyyətlərini əks etdirən müsahibələri hazırlamaq və geniş oxucu kütləsinə çatdırmaqdır.

Layihənin hədəf auditoriyası cəmiyyətdə baş verən iqtisadi, biznes, sosial, İKT sahəsində yeniliklərə maraqlı olan insanlardır.  

Layihə çərçivəsində hazırlanan müsahibələr iş adamları ilə mövcud şirkətlərin fəaliyyəti, şəxsi biznesin qurulması, gözə alınan risklər, rəqabətqabiliyyətlilik kimi mövzuları əhatə edəcək.