bmw-ve-mercedes-guclerini-birlesdirir

"BMW" və "Mercedes" güclərini birləşdirir

Almaniyanın nəhəng avtomobil istehsalçıları "BMW" və "Mercedes"in təsisçi şirkəti "Daimler" yeni texnologiyalar üzrə əməkdaşlığa başlayıb.

İnsider.az xəbər verir ki, əməkdaşlıq sürücülərə yardım sistemi, avtonom sürücülük və avtonom park texnologiyalarının inkişafı ilə bağlı olacaq. Cari ilin fevral ayında birgə çalışmağı planlaşdırdıqlarını deyən şirkətlər 5 aydan sonra razılaşmanı tamamlayıb. 

Əməkdaşlıq sayəsində ortaya çıxacaq yeni texnologiyalar 2024-cü ildən etibarən xüsusi müştərilərin istifadəsinə veriləcək. "Level 4" adlandırılacaq texnologiyanı "BMW" və "Mercedes" ayrı-ayrı sınaqdan keçirəcək.

©Finans.az