boyuk-britaniya-iqtisadiyyati-kicilib

Böyük Britaniya iqtisadiyyatı kiçilib

Aprel ayında Böyük Britaniyanın emal sektorunda təxminən 17 ilin ən kəskin azalması baş verib. Avtomobil istehsalçılarının planlaşdırılmış istehsal dayandırmaları emalın azalmasına təsir göstərib.

İnsider.az xəbər verir ki, Milli Statistik Ofisi tərəfindən Bazar ertəsi günü nəşr olunan rəqəmlərə görə, Böyük Britaniyada emal Apreldə bir əvvəlki ayla müqayisədə 3.9% azalıb. Bu, 2002-ci ilin İyun ayından bəri görülən ən sərt geriləmədir. Motorlu vasitələrin istehsalı 25% azalıb. 

Böyük Britaniyada ümumi daxili məhsul eyni dövrdə 0.4% azalıb. Bu nisbıt 2016-cı ilin Mart ayından bəri ən kəskin azalmadır.

Motorlu vasitələrin istehsalıda, 24% azalmanın olduğu 1995-ci ildən bəri ən sərt geriləmə baş verib. Bununla bərabər iqtisadçılar Mayda itkinlərin bir qisiminin geri alınmasını gözləyirlər.

©Marja