bu-il-perakende-birjalarda-herrac-hecmi-artib

Bu il pərakəndə birjalarda hərrac həcmi artıb

Pərakəndə birjalarda hərrac həcmi iyun ayında 300 milyon dollara çatıb, halbuki yanvarda o praktiki olaraq üç dəfə aşağı – 86 milyon dollar səviyyəsində idi. İnsider.az bu xəbəri “RBK”-ya istinadən çatdırır.

“Totle” şirkətinin analitiklərinin məlumatına görə, “DEX”-də tranzaksiya sayının kəskin artımı günlük maksimumun 24 milyon dollar civarında təyin olunduğu maydan iyunacan dövrə təsadüf edib.

Tranzaksiyaların ümumi sayı o qədər də güclü artmayıb. İlin əvvəlində mərkəzsizləşdirilmiş birjalarda təxminən 240 min əməliyyat aparılıb, yayın ilk ayına isə bu göstərici 426 minə çatıb.

Analitiklər tranzaksiya sayının və hərrac həcminin artımının əsas səbəblərindən biri kimi istifadəçilərin pərakəndə birjalara inamının artmasını adlandırıblar. Bu cür meydançalar sındırılma və ya planlaşdırılmamış texniki işlərin qəflətən başlanmasından yan keçməyə imkan verir.

Tədqiqatçılar vurğulayıblar ki, bu cür dinamikaya “Edge Wallet”, “bZx” və “MakerDAO” kimi mərkəzsizləşdirlmiş maliyyə servislərinin meydana çıxması təsir edə bilər.

Hərracların bütün həcminin təqribən 75%-i KYC-prosedurunu keçməyi tələb etməyən “DEX”-in payına düşür. Ekspertlər sövdələşmələrin ümumi sayından 30%-n “Kyber Network” və “Uniswap” meydançalarında keçdiyini əlavə edirlər.

Samirə Məmmədova