burberry-nin-hesabati-analitiklerin-proqnozlarini-qabaqladi

“Burberry”nin hesabatı analitiklərin proqnozlarını qabaqladı

Britaniyanın lüks riteyleri olan “Burberry” 2020-ci maliyyə ilinin ilk rübü üzrə hesabat verib. Hesabata əsasən, şirkət satışdan gələn mənfəətin 4% — 479 milyondan 498 milyon funta qədər artmasına nail olub. İnsider.az bunu “Korrespondent”-ə istinadla xəbər verir.

Ötən rübdə mənfəət artımı cəmi 1% təşkil etmişdi, bu rübün yekunları üzrə isə analitiklər 2% artım göstəricisini gözləyirdilər.

“Burberry” qeyd edir ki, bu nəticəyə şirkət italyan modelyeri Rikardo Tişinin yeni kolleksiyasının aktiv tətbiqi hesabına nail olub.

Qeyd edək ki, Rikardo Tişi ötən ilin payızında britaniyalı riteylerin yaradıcı direktoru oldu.

Samirə Məmmədova