burger-king-den-yeni-menyu-esl-yoxsa-suni-et

“Burger King”-dən yeni menyu – əsl yoxsa süni ət

“Burger King” şəbəkəsi İsveçdə “50/50” menyusunu işə salıb: Menyuda burgerlərin yarısı adi ət kotletləri, digər hissəsi isə süni ətdən hazırlanmış kotletlərdən ibarətdir. İnsider.az bunu “CNBC”-yə istinadla xəbər verir.

Hazırda “Burger King” İsveçdə süni ətli iki burger satır — “Rebel Whopper” (klassik “Whopper”-in variantı) və “Rebel Chicken King” (“Crispy Chicken”). Şirkət iddia edir ki, bu burgerlər dadına görə adilərdən fərqlənmir. Ziyarətçilərin də bunda əmin olması üçün restoran şəbəkəsi onlara yeni menyu təklif edib: Orada burgerin məhz hansı kotletlə - əsl və ya süni ətdən – satıldığı yazılmır.

Müştərilər öz şübhələrini “Burger King” mobil tətbiqi vasitəsilə yoxlaya bilərlər — bunun üçün burgerin qutusunu skan etmək lazımdır.

Qeyd edək ki, İsveçdə “Burger King” şəbəkəsinin 135 restoranı var.

Samirə Məmmədova