cin-hokumeti-turistlerin-telefonlarina-casus-proqrami-qurasdirir

Çin höküməti turistlərin telefonlarına casus proqramı quraşdırır

Çinin gömrük xidmətinin əməkdaşları ölkəyə gələn turistlərin smartfonlarına gizlicə casus proqramı quraşdırır. İnsider.az-ın məlumatına görə, bunu “The Guardian” qəzeti xəbər verir.

Nəşrin “Suddeutsche Zeitung” və “New York Times”-la birgə apardığı araşdırmaya əsasən, bu cür praktika Qırğızıstanla həmsərhəd bölgə olan Sintszyan-Uyğur Muxtar Rayonundakı keçid məntəqələrində müşaidə olunub.

Ölkəyə giriş zamanı sərhədçilər turistlərin mobil telefonlarını müvəqqəti götürür və gizlicə onlara istifadəçinin elektron poçt məktublarını, kontakt siyahısını, SMS və zənglərin tarixçəsini yığan xüsusi tətbiq quraşdırırlar.

“The Guardian”-ın yazdığına görə, Çin hökümətinin Çin-Qırğızıstan sərhədində tətbiq edilən yeni qayda ölkənin müsəlman əhalisi üzərindəki güclü nəzarətin göstəricisidir.

Samirə Məmmədova