cin-nuve-silahina-qarsi-cixir

Çin nüvə silahına qarşı çıxır

ÇXR nüvə silahının tamamilə qadağa və ləğv olunmasını istəyir. İnsider.az-ın məlumatına görə, bu haqda Milli Müdafiə üzrə "Ağ kitab"da qeyd edilib. Bununla yanaşı rəsmi Pekin heç vaxt ilk olaraq nüvə silahını tətbiq etməyəcəyini açıqlayıb.

"Ağ kitab"da həmçinin bildirilir ki, silahın yayılmamasının beynəlxalq rejimi “praqmatizm və ikili standartlarla etibardan salınıb və yeni hədələrlə qarşılaşır”. Üstəlik, dünyada daha tez-tez qeyri-ənənəvi təhlükəsizlik təhdidləri, xüsusilə də, kibertəhlükələr meydana çıxır.

“Çinin yeni dövrdə müdafiə və təhlükəsizlik sahəsindəki başlıca hədəfləri aqressiyanın qarşısının alınması və ona əks təsir, milli siyasi, ictimai və sosial təhlükəsizliyin təminatı, “Tayvanın müstəqilliyinə” əks təsir və onun qarşısının alınması, “Tibetin müstəqilliyi” və “Şərqi Türküstanın” yaradılması kimi separatçı hərəkatların tərəfdarlarının yatırılması olacaq”,— deyə "Ağ kitab"da qeyd olunur.

Samirə Məmmədova