cinliler-huawei-e-destek-olaraq-apple-in-kutlevi-sekilde-boykotuna-baslayiblar

Çinlilər “Huawei”-ə dəstək olaraq “Apple”-ın kütləvi şəkildə boykotuna başlayıblar

ABŞ-la gedən ticari müharibənin kəskinləşməsilə bağlı olaraq, Çində yerli “Weibo” sosial şəbəkəsində Çinin “Huawei” şirkətinə dəstək olaraq “Apple”-ın kütləvi boykotuna çağırış başlayıb. İnsider.az bunu “BuzzFeed” resursuna istinadla yazır.

Məlum olduğu kimi, ötən həftə ABŞ “Huawei Technologies”-ə ikili zərbə endirdi. Şirkətə “həyati vacib ABŞ texnologiyalarını” xüsusi icazə olmadan əldə etmək, eləcə də “Huawei”-in öz avadanlığı isə ABŞ-da tam şəkildə qadağa olundu. Hazırda bir çox İT-giqantlar onunla əməkdaşlığı dayandırıblar. 

“Weibo” sosial şəbəkəsində ikinci smartfonun üstünlüklərinə diqqət yönəldərək, “iPhone” və “Huawei” smartfonlarını müqayisə edirlər. Bir çox çinli istifadəçilər “iPhone”-u yerli smartfona dəyişməyə hazır olduqlarını bildiriblər.

Samirə Məmmədova