cnbc-tesla-sinaqlara-mehel-qoymur

CNBC: “Tesla” sınaqlara məhəl qoymur

Kaliforniyanın Frimont şəhərindəki “Tesla” zavodunun əməkdaşları “Model 3”ün yığılmasını sürətləndirmək üçün şirkət tərəfindən reqlament üzrə təyin edilmiş testlərin aparılmadığını deyiblər. İnsider.az bunu “CNBC” telekanalına istinadla xəbər verir.

İşçilər əmək şəraitinə dair – gündüz isti, gecə soyuq və anqardakı meşə yanğınlarının tüstüsündən – də şikayət ediblər. Telekanal, həmçinin avtomobillərdəki izolentlə tutulmuş çatların fotolarını da dərc edib.

“Tesla” mətbuat xidmətində isə şəkilləri əməkdaşlar arasında yayılmış anekdot adlandırıblar – şirkətin dediyinə görə, onlar sadəcə yanlışdır və elektrokar modelinin yığılması şərtlərini əks etdirmir.

Samirə Məmmədova