dell-yeni-ultraportativ-xps-noutbukunu-numayis-edib

“Dell” yeni ultraportativ “XPS” noutbukunu nümayiş edib

“Dell” şirkəti bir sıra təkmilləşmə əldə edən yenilənmiş ultraportativ “XPS 13” noutbukunu təqdim edib. Yenilik sensor daxiletmə dəstəyi olan 13,4 düymlük displeylə təchiz olunub. İnsider.az bunu “The Verge”-ə istinadla xəbər verir.

Displey “4K Ultra HD+” (3840×2400 nöqtələr) və ya “Full HD+” (1920×1200 nöqtələr) icazələrə malikdir. Sensor daxiletmə hər iki halda dəstəklənir. Həmçinin məqsədi göy rəngin görmə qabiliyyətinə zərərli təsirinin minimallaşdırılması olan “Eyesafe” texnologiyası barədə də deyilir.

Noutbuklar doqquzuncu nəsil “Intel” prosessorlarında (i5, i7 və i9) bazalaşır. Güclü prosessorlar öz tapşırıqlarını daha effektiv icra edən dəyişdirilmiş sərinlətmə sistemilə tamamlanıblar. Həmçinin noutbukda “NVIDIA”-nın yeni qrafik “GTX 1650” prosessoru mövcuddur.

Əməliyyat yaddaşının həcmi 64 GB kimi, quraşdırılmış yaddaşın həcmi isə 256 GB-dan 1 TB-dək çata bilər.

Görünüşcə qadcet 8% nazikləşib, sələfilə müqayisədə daha iri taçpəd, işıqlanma ilə olan klaviatura və qidalanma düyməsinə inteqrə olunmuş barmaq izi skaneri əldə edib.

Cihazın qiyməti 999 dollar (1,698.30 AZN) təşkil edəcək.

Samirə Məmmədova