deputatlar-pensiyalarla-bagli-meseleni-muzakire-edecek

Deputatlar pensiyalarla bağlı məsələni müzakirə edəcək

Parlamentin aprelin 23-də keçiriləcək növbəti plenar iclasının gündəliyində dəyişiklik edilib.

İnsider.az xəbər verir ki, parlamentdən verilən  məlumata görə, iclasın gündəliyindəki məsələlərin sayı 17-dən 19-a qaldırılıb.

23 aprel iclasının gündəliyinə daha iki məsələ - “Əmək pensiyaları haqqında” və “Müflisləşmə və iflas haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan layihələr əlavə edilib.

©Oxu.Az