deutsche-bank-venesuelanin-20-ton-qizilini-musadire-edib

"Deutsche Bank" Venesuelanın 20 ton qızılını müsadirə edib

"Deutsche Bank" Venesuelaya məxsus 20 ton qızılı müsadirə edib.

İnsider.az "Bloomberg"-ə istinadən xəbər verir ki, buna Karakasın 2016-cı ildə aldığı kreditin ödənişi üzrə maliyyə sazişinin şərtlərini yerinə yetirməməsi səbəb olub.

Bildirilir ki, Venesuela 2016-cı ildə "Deutsche Bank"-dan 750 mln. dollar məbləğində kredit alıb. Karakas girov qismində 20 ton qızıl qoyub.

Saziş müddəti 2021-ci ildə başa çatmalı olsa da, Venesuelanın sazişin şərtlərinə əməl etməməsi, bankı müqaviləyə vaxtından əvvəl xitam verməyə məcbur edib və qızıl müsadirə olunub.

© Report.az