dost-a-yeni-selahiyyet-verildi

DOST-a yeni səlahiyyət verildi

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə yeni səlahiyyət verilib.

Bu barədə Prezident İlham Əliyevin “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” imzaladığı fərmanda bənd yer alıb.

İnsider.az-ın xəbərinə görə, sənədə əsasən, övladlığagötürmə sahəsində müəyyən edilən vəzifələrin icrasını təmin etmək DOST Agentliyinə həvalə edilib.

Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək bundan sonra DOST Agentliyinin səlahiyyətlərinə daxil edilib.

DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı da dəyişib.

Övladlığagötürmə sahəsində xidmətlər, övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi, övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi sözügedən quruma həvalə edilib.