dost-merkezlerinin-numunevi-nizamnamesi-tesdiq-olunub

“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi” təsdiq olunub

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 7.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi” təsdiq edib.

İnsider.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun imzaladığı Qərarda mərkəzin fəaliyyətinin məqsədi və istiqamətləri, onun vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti, həmçinin, mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, mərkəzdə uçot və hesabat, mərkəzin yenidən təşkili və ləğvi ilə bağlı müddəalar əks olunub.