dovlet-emek-mufettisliyinin-reisi-vezifesinden-azad-edilib

Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.

Onun öz ərizəsi əsasında işdən çıxdığı bildirilir.

E.Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən ayrılıb.

ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı "Report"a açıqlamasında məlumatı təsdiqləyib. 

©report