dragon-kosmik-yuk-gemisi-sakit-okeanda-suya-enib

“Dragon” kosmik yük gəmisi Sakit okeanda suya enib

Amerikanın bir gün əvvəl Beynəlxalq Kosmik Stansiyasından (BKS) çıxmış “Cargo Dragon” kosmik yük gəmisi iyunun 4-ü Sakit okeanda suya enib. İnsider.az-ın məlumatına görə, bu barədə “SpaceX” tərtibatçı şirkəti bildirib.

İsmarışda deyilənə əsasən, suya enmə Kaliforniya ştatının Lonq-Biç şəhərindən 326 km cənub-qərbə doğru planlaşdırılmış dəniz rayonunda həyata keçirilib və uğurla nəticələnib.

Gəmi Yer üzərinə 1,9 tondan çox yük, o cümlədən, BKS-də keçirilən dəyərli elmi eksperimentlərin nəticələrini gətirib.

Samirə Məmmədova