dubayda-baki-mehi-foto

Dubayda Bakı mehi - FOTO

Azərbaycan mədəniyyətini xarici qalereyalarda sənətsevərlərə təqdim etməyi özünə hədəf seçən “Mincə Sənət qalereyası” bu dəfəki sərgisini Dubayda təqdim edib.

Aprel ayının 11-17 tarixlərində Azərbaycandan olan rəssamların əsərlərinin nümayişi Dubayda yerləşən “Azərbaycan evi”ndə baş tutub. Sərgi Azərbaycanın BƏƏ-də yerləşən səfirliyi və Azərbaycanın Dubaydakı baş konsulluğunun dəstəyi ilə keçirilir.  

İnsider.az xəbər verir ki, Dubayda keçiriləcək sərgi “Baku Breeze” adlanır. 

“İkinci ildir Azərbaycan rəssamlarının əsərlərinin xarici qalereyalarda sərgisinin təşkil edən “Mincə Sənət” qalereyası, əslində bir startapdır. Sirr deyil ki, biz zəngin mədəni irsi olan, yaradıcı bir xalqıq. Bu yaradıcılığı nümayiş etdirməkdən yalnız zövq almaq olar. Təbii ki, sərgilərin təşkili, danışıqlar və uzunmüddətli hazırlıqlardan sonra ərsəyə gəlir. Amma bunları yorucu hesab etmirəm. Çünki nəticədə incəsənət – yəni gözəllik nümayiş edilir. Burada təqdim edilən əsərlər: batika, xalçaçılıq, keçə sənəti, rəngkarlıq və biserləlrə tikmə kimi incəsənətin müxtəlif cərəyanlarını əks etdirir”, - “Mincə Sənət Qalereyası”nın təsisçisi Fidan Bədəlova bildirib. 

Burada Məhbubə Məmmədova,  Nadejda Biçkova, Tamilla İbrahimova, Mehriban Zeynalova,  Tatyana Ağababayeva, Orxan Qarayev, Sahib Yaqubov, Rafail Əliyev, Mir Azər Abdullayev, Aydan Məmmədova, Sevil Kərimova, Ramiz Abbasov, Rauf Canıbəyov, Aysu Usubova, Aysel Əmirova, Leyla Orucova, Nailə Əhmədova, İlqar Əkbərov, Eldar Hacıyev, Səidə Əkbərova, Nərminə Uluxanlı, İrina Qundorina, Eldar Babazadə, Sayalı Məmmədova, Mehriban Əliyeva əsərlərini nümayiş etdirəcək.

Səbinə Səmidxan