dunyanin-en-kicik-cekili-robotu-hazirlandi

Dünyanın ən kiçik çəkili robotu hazırlandı

Tapdalandığı zaman işləyən robot hazırlanıb.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kaliforniya Universitetinin alimləri 60 kiloqramlıq  ağırlığa dözə bilən 0.1 qram ağırlığında yeni bir robot hazırlayıblar. Robotun gövdəsinə yerləşdirilən nazik telləri birləşdirmək üçün kiçik bir kabeldən istifadə edən alimlər robotun gövdəsinin sürətlə əyilib bükülməsinə təmin edir və beləliklə bu kiçik robot hərəkət edə bilir. Saniyədə öz bədən uzunluğunun 20 qatına qədər məsafə gedə bilən robot sürəti ilə diqqəti cəlb edir.

Tədqiqatçı Yichuan Vu bu robotun bəzi sahələrdə istifadə edilə biləcəyini qeyd edib: ''Məsələn, zəlzələdən sonra maşınlar və köpəklərin girə bilmədiyi yerlərə bu kiçik robot girərək axtarış və xilasetmə işlərinə kömək edə bilər ''-dedi.

Nübar Lətifli