“Telegram” messencerinə edilən DDoS-hücumda Çin hakimiyyətinin əli ola bilər.
İnsider.az bildirir ki, bunu “Telegram” təsisçisi Pavel Durov özünün “Twitter”-dəki bloqunda yazıb.
Onun sözlərinə görə, hücum əsasən çin İP-ünvanlardan edilib, hücumun vaxtı isə Honkonqdakı etirazlarla üst-üstə düşüb – aksiya iştirakçıları öz hərəkətlərini “Telegram” vasitəsilə koordinasiya ediblər.
Xatırladaq ki, iyunun 11-i gündüz “Telegram”-da problem yaşanıb. Problem Rusiya, Belarus, Almaniya, İtaliya və digər ölkələrin istifadəçilərinə toxunub. Növbəti gün isə şirkət nümayəndələri messencerin irimiqyaslı Ddos-hücuma məruz qaldığını xəbər verdilər.
Qeyd edək ki, Honkonqdakı etiraz aksiyaları iyunun 9-u başlayıb. 300 min nəfərdən çox insan yerli sakinlərin Çinə ekstradisiyasına icazə verən qanuna qarşı nümayişlərə çıxıb.
Samirə Məmmədova