durov-whatsapp-i-tehlukesizlikle-bagli-problemlere-gore-tenqid-etdi

Durov “WhatsApp”-ı təhlükəsizliklə bağlı problemlərə görə tənqid etdi

“Telegram”-ın yaradıcısı Pavel Durov “WhatsApp” messencerini təhlükəsizliklə bağlı problemlərə görə tənqid edib. 

İnsider.az-ın məlumatına görə, Durov “WhatsApp”-da videozəng zamanı zəifliyin yarandığının hələ 2018-ci ildə məlum olduğunu bildirib. Onun fikrincə, təhlükəsizlikdə təsbit olunmuş bütün problemlər izləmə üçün yaxşı uyğun gəlirlər, həmçinin bəkdorlara (tərtibatçı tərəfindən qəsdən quraşdırılmış alqoritm defekti) olduqca bənzər görünür və onlar kimi çalışırlar.

Durov yazır ki, “WhatsApp” nəinki messencerinin ilkin kodunu dərc etmir, hətta onları heç kimin öyrənməməsi üçün öz tətbiqlərinin fayllarını “qəsdən” dolaşdırır ki, bu da mütəxəssislərə messencerdə bəkdorların olub-olmamasını yoxlamağa imkan vermir.

O, həmçinin belə bir ehtimal irəli sürüb ki, “WhatsApp” və şirkətə sahib olan “Facebook” bəkdorların quraşdırılmasını göstəriş verib və belə əmri, o cümlədən FTB (Federal Təhlükəsizlik Bürosu) də verə bilərdi. Durov əlavə edib ki, ABŞ-la qorunan əlaqəsi olan tətbiqlə məşğul olmaq asan deyil və “Telegram” komandası 2016-cı ildə FTB tərəfindən üç hücum cəhdi ilə üzləşib. Üstəlik, təhlükəsizlik orqanları cəhd olan “kulis arxası hərəkətlərinə” terrorizmlə mübarizə kimi bəraət qazandırır. Lakin belə bəkdorları cinayətkarlar və avtoritar rejimlər də istifadə edə bilər.

“Təəccüblü deyil ki, diktatorlar “WhatsApp”-ı sevir. Təhlükəsizliyin olmaması onlara öz adamlarına casusluq etməyə imkan verir, buna görə də “WhatsApp”-a “Telegram”-ın qadağa olduğu Rusiya və ya İran kimi ölkələrdə hələ də açıq giriş var”, - deyə Durov bildirib.

Samirə Məmmədova