ekrem-imamoglu-sabah-sedrlik-mandatini-alacaq

Əkrəm İmamoğlu sabah sədrlik mandatını alacaq

800 mindən çox səs fərqiylə İstanbul bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu sabah mandatını alacaq.

İnsider.az xəbər verir ki, Türkiyənin Yüksək Seçki Komissiyası bu gün saat 15:00-a qədər rəqib partiyalardan seçkinin nəticələri ilə bağlı etiraz müraciətlərinin gəlməsini gözləyəcək.

Heç bir siyasi partiyadan nəticələrə etiraz edilməyəcəyi və bütün partiyaların məğlubiyyəti etiraf etdiyi bilindiyi üçün İmamoğlunun sədrlik mandatı bu gün hazırlanacaq. Bildirilir ki, iş günün sonuna qədər hazırlanıb bitirilsə belə, bu gün mandatı Ə.İmamoğluna verməyin çətin olduğu hesab edilir.

Lakin sabah YSK-nın bələdiyyə sədrinin mazbatasını - mandatını təhvil verəcəyi qeyd edilir. İmamoğluna mandatı hazırda İstanbul bələdiyyəsində sədri əvəz edən vali Ali Yerlikayadan təhvil alacağı bildirilir. 

Əkrəm İmamoğunun mandatını aldıqdan sonra bələdiyyə binası önündə mitinq keçirəcəyi gözlənilir. 

©Bakupost