expressbank-da-yeni-teyinatlar

"Expressbank"da yeni təyinatlar

"Expressbank"ın Biznesin İnkişafı Departamentinə və İnformasiya Texnologiyaları Departamentinə yeni rəhbərlər təyin edilib.

Bankdan verilən məlumata görə, İnformasiya Texnologiyaları Departamentinin rəhbəri vəzifəsinə Şahin Kərimov, Biznesin İnkişafı Departamentinin rəhbəri vəzifəsinə Mehriban Ocaqquliyeva təyin edilib.

Mehriban Ocaqquliyeva daha əvvəl "Expressbank"da 9 il çalışmış və Biznesin İnkişafı Departamentinin rəhbəri olmuşdu. Onun ümumilikdə bank sahəsində 15 illik təcrübəsi var. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsindən məzunudur. Daha əvvəl Expressbank-da  Müştəri Xidmətləri Departamentinin direktoru, Risklərin İdarə Edilməsi Departamentinin  direktor müavini, Nərimanov filialının müdiri, Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışıb.

Mehriban Ocaqquliyeva bankdakı yeni vəzifəsinin icrasına 2019-cu ilin avqustundan başlayıb.