facebook-istifadecilerin-instagram-a-kecidi-ile-mubarize-aparir

“Facebook” istifadəçilərin “Instagram”-a keçidi ilə mübarizə aparır

2018-ci ildə “Facebook” istifadəçilərinin öz tətbiqindən gedişini məhdudlaşdırmağa cəhd edib və qismən “Instagram”-a dəstəyi kəsib. Bu barədə İnsider.az Wired”-ə istinadən yazır.

Məlumdur ki, “Facebook” “Instagram”-ı 2012-ci ildə 1 milyard dollara əldə etmişdi. 2018-ci ilin payızında isə fotoservis təsisçiləri Kevin Sistrom və Mayk Kriger şirkəti tərk etmələri barədə bəyan etmişdirlər. Onlar şirkəti tərk etmə səbəblərini açıqlamasalar da, “Bloomberg”-in araşdırmasına görə, onların gedişinə səbəb fotoservisin işinə tez-tez qarışan Mark Zukerberqlə olan fikir ayrılığıdır.

“Wired”-in jurnalistləri də fotoservis təsisçilərinin gedişilə nəticələnən “Facebook” və “Instagram” münasibətlərinin təfərrüatları barədə danışıb. Onlar 2018-ci il üzrə “Facebook”-dakı dəyişiliklər haqda material üçün sosial şəbəkənin 65 indiki və keçmiş əməkdaşı ilə danışıblar.

Belə ki, 2014-cü ildə Mark Zukerberq “Facebook” top-menecerlərini ondan, ya onun əməliyyat direktoru Şeril Sendberqdən xəbərsiz mətbuatda görünməmələri barədə göstəriş verib. Bu, Sistromun KİV-lə aktiv danışığı fonunda baş verirdi.

Daha sonra 2017-ci ildə “Facebook”-da ehtimal etdilər ki, şirkətin əsas tətbiqi həmçinin “Instagram”-a görə də istifadəçi itirir. 2018-ci ilin iyul ayında “Facebook” rüblük hesabatında sosial şəbəkənin istifadəçi bazasının əvvəlki ilə müqayisədə daha zəif artmasını müşahidə etdiklərini söyləmişdi. Mənbələrin sözlərinı görə, həmin vaxt investorlarla olan mətbuat konfransında Zukerberq “Instagram”-ın böyüməsini “Facebook”-a borclu olduğunu söyləməyi planlaşdırırmış.

Hesabatdan bir neçə gün sonra Zukerberq “Facebook” vasitəsilə “Instagram”-a verdiyi bütün dəstək yollarını təhlil edib “Instagram” təsisçilərinə dəstəyi kəsəcəyini bildirib. Bundan bir qədər sonra isə Sistrom əvvəlcə məzuniyyətə gedib, daha sonra isə hər iki “İnstagram” təsisçisi “Facebook”-u tərk ediblər.

Samirə Məmmədova