facebook-whatsapp-ve-instagram-in-adini-deyisdirecek

Facebook WhatsApp və Instagram-ın adını dəyişdirəcək

Facebook Instagram və WhatsApp-ın adında dəyişiklik edəcəyini elan edib.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, Facebook son illər məxfilik qalmaqallarına görə ağır yaralar alıb və çox sayda istifadəçi itirib. Belə güman edilir ki, şirkət Facebook adını WhatsApp və Instagram tətbiqlərinə əlavə edərək itirilmiş nüfuzunu bərpa etməyə çalışacaq. Facebook tərəfindən təsdiqlənən xəbərə görə,  WhatsApp Messenger-in adı ''Facebook-dan WhatsApp'' və İnstagram-ın adı ''Facebook-dan İnstagram" olacaq. Hər iki tətbiq Google Play Store və App Store-da yeni adlarla görünəcək. 

Facebook-un adının nə vaxt dəyişdiriləcəyi hələ məlum deyil, ancaq çox qısa müddət ərzində WhatsApp və İnstagramn yeni adlarla Google Play və App Store-da yayımlanacağı güman edilir.

Nübar Lətifli