falcon-heavy-152-neferin-kulunu-kosmosa-aparacaq

“Falcon Heavy” 152 nəfərin külünü kosmosa aparacaq

“SpaceX” “Falcon Heavy”-ni kosmosa göndərir. Raketlə kosmosa 152 nəfərin külü və elmi avadanlıq göndəriləcək. İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir.

Raketin işə salınması iyunun 24-nə təyin olunub və canlı efirdə “Space Test Program-2” proqramı çərçivəsində keçiriləcək.

Külün kosmosa buraxılması təşkilatçılığı ilə “Celestis Memorial Spaceflights” şirkəti məşğuldur. Cənazə olan polad konteynerləri raketin göyərtəsindəki elmi peyklərdən birinə yerləşdirəcəklər.

Bir qram külün göndərilmə dəyəri 5 min dollardan başlayır. Kremasiyadan sonra insan qalıqlarının çəkisi 876-dan 3784 qramadək təşkil edir. Beləliklə, bir havaya buraxılma qohumlara 4,3 milyondan 18,9 milyon dollara qədər başa gələcək.

Samirə Məmmədova