forbes-jay-z-dunyanin-ilk-reper-milyarderi-oldu

“Forbes”: Jay-Z dünyanın ilk reper-milyarderi oldu

Amerikalı reper Jay-Z-nin var-dövləti 1 milyard dolları keçib. O, rep ifaçıları arasında ilk bu qədər vəsaitin sahibi olub. İnsider.az bunu “Forbes”-a istinadla bildirir.

Var-dövlətin hesablamaları zamanı rep ifaçısının qazancı, şirkətlərdəki payı və həyat tərzi nəzərə alınıb.

Jay-Z-nin aktivləri arasında “Uber”-ə, “Tidal” striminq servisinə investisiyalar, “Armand de Brignac” şampan və “D’Uss” konyak  içkilərinin istehsalı qeyd olunub. Reper həmçinin “Roc Nation” konsert şirkəti və musiqi nəşriyyatından və “Def Jam” leyblından gəlir əldə edir.

Jay-Z-nin daşınmaz əmlakı 50 milyon dollar, sənət əşyaları kolleksiyası isə 70 milyon dollar qiymətindədəyərləndirilib.

Samirə Məmmədova