foxconn-huawei-smartfonlarinin-istehsalatini-dayandirmayib-tekzib

"Foxconn" Huawei smartfonlarının istehsalatını dayandırmayıb - TƏKZİB

Çinin telekommunikasiya avadanlığı və smartfonlar istehsalçısı olan “Huawei” şirkəti “Foxconn”un onun smartfonları yığılan istehsalat xətlərini dayandırması haqda şayiələri təkzib edib.

İnsider.az xəbər verir ki, Çin nəhənginin nümayəndəsi bu xəbərin yalan olmasını bəyan edib.

Onun sözlərinə görə, “Huawei” smartfonlarının istehsal səviyyəsi normal həddədir və sifariş həcmlərinə hər hansı əhəmiyyətli düzəlişlər edilməyib.

Qeyd edilir ki, 19 avqustda “Huawei” şirkətinə verilən 90 günlük möhlət başa çatacaq və bu vaxta kimi Çin və ABŞ anlaşa bilməsə şirkətə ABŞ-da biznes aparmaq tam şəkildə qadağan edilə bilər.

©Finans.az