fransa-peyklerle-mubarize-ucun-yeni-silah-tertibati-edecek

Fransa peyklərlə mübarizə üçün yeni silah tərtibatı edəcək

Fransa yeni silahlar yaradan rəqiblərindən kosmosda geri qalmamaq üçün peyk əleyhinə lazer silahını tərtib etməyi planlaşdırır. İnsider.az-ın məlumatında görə, bu haqda Fransanın müdafiə naziri Florans Parli iyulun 25-də Lion yaxınlığındakı HHQ aviabazasında çıxışı zamanı elan edib.

Hərbi qurumun rəhbəri ölkənin yeni kosmik strategiyasını təqdim edib – hökümət 2025-ci ilədək bu sahəyə təxminən 700 milyon avro maya qoymaq niyyətindədir.

Strategiyanın əsas bəndlərindən biri kosmik fəzada olan fransız peyklərinin lazer silahı vasitəsilə müdafiəsidir.

“Biz güclü lazerlər tərtib edəcəyik. Bu, Fransanın geridə qaldığı sahədir. Lakin biz əldən verdiklərimizin yerini dolduracayıq”, - nazir söyləyib.

Hökümətin gizli məbəsinin bildirdiyinə görə, digər imkan düşmən peyklərinin günəş batareyalarını məhv edə bilən tezatan pulemyotların yerləşdirilməsidir.

“Bizim müttəfiq və əleyhdarlarımız kosmosu hərbiləşdirirlər... biz hərəkətə keçməliyik”, - deyə Parli bildirib. Bununla yanaşı, o, Fransanın qlobal kosmik silahlanma yarışına qoşulmaq niyyətində olmadığını əlavə edib.

Samirə Məmmədova