fransiz-milyarder-patrik-drai-sotheby-s-herrac-evini-alir

Fransız milyarder Patrik Drai “Sotheby’s” hərrac evini alır

Fransız milyarder Patrik Drai 3,7 milyard dollara “Sotheby's” hərrac evini alır. Hərrac evi bununla bağlı artıq milyarderin “BidFair USA” şirkətilə razılığa gəlib. İnsider.az bu barədə "vc.ru"-ya istinadla xəbər verir.

Hərrac evinin səhmdarları hər kağıza görə 57 dollar alacaqlar. Tərəflər sövdələşməni 2019-cu ilin dördüncü rübündə bağlamağı düşünür.

Sövdələşmənin bitməsindən sonra “Sotheby’s” delistinq keçirəcək və özəl şirkət olacaq. Yeri gəlmişkən, hərrac evinin səhmləri Nyu-Yorkda 31 il idi ki, alqı-satqıda idi.

Qeyd edək ki, “Sotheby's” 1744-cü ildə təsis olunub və dünyanın ən qədim, iri hərrac evlərindən biridir. Patrik Drai isə “Altice” fransız telekommunikasiya şirkətinin təsisçisi və sahibidir. Satınalma səbəblərini biznesmen açıqlamasa da, “Bloomberg” Drainin qatı sənət əsərləri kolleksioneri olduğunu qeyd edir.

Samirə Məmmədova