galaxy-watch-active-2-agilli-saati-teqdim-olunub

“Galaxy Watch Active 2” “ağıllı” saatı təqdim olunub

“Samsung Electronics” şirkəti ikinci nəsil “Galaxy Watch Active” smart saatını təqdim edib.

İnsider.az xəbər verir ki, “ağıllı” saat 39-dan çox təlim növünü izləməyə imkan verir, onlardan 7-si avtomatik aktivləşir.

İstifadəçi “Running Coach” yenilənmiş funksiyası sayəsində real vaxt rejimində qaçış sürətini müəyyənləşdirə və 7 müxtəlif təlim proqramından birini seçə bilər.

“Galaxy Watch Active 2” saatının arxa tərəfində quraşdırılmış datçiklər qurğunun birinci nəsli ilə müqayisədə məlumatları daha sürətli oxumağa imkan verir. Həmçinin təkmilləşdirilmiş yuxu analizi alqoritmləri nəzərdə tutulub.

“Samsung Galaxy Watch Active 2” “ağıllı” saatı 2019-cu il sentyabrın 13-də satışa çıxarılacaq. Saatın dəyəri versiyadan asılı olaraq 300-470 avro aralığında təşkil edəcək.