gelirler-7-e-yaxin-artib

Gəlirlər 7%-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8% artaraq 22 164,1 mln. manat təşkil edib.

İnsider.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə orta hesabla 2 244 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 20 386,3 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7% çox vəsait qalıb.