gmail-mektublari-interaktiv-olacaqlar

“Gmail” məktubları interaktiv olacaqlar

“Google” şirkəti “Gmail” poçtundakı dinamik kontentin dəstəyini test etməyi yekunlaşdırır. Bu funksiya kənar resursa keçmədən, müxtəlif hərəkətləri (anket doldurmaq, internet-mağazada sifariş tərtib etmək və ya hotel bron etmək) icra etməyə  imkan verəcək.

İnsider.az şirkətin rəsmi bloquna istinadla xəbər verir ki, bütün istifadəçilər üçün olan bu yeni imkan iyulun 2-si işə salınacaq.

Onun işləməsinə “Accelerated Mobile Pages” (AMP) cavabdehdir. Bu, praktiki olaraq dərhal yüklənən “tezləşdirilmiş” mobil səhifələr texnologiyasıdır.

“Gmail AMP” daxildən əvvəllər ayrıca əlavə səhifənin açılmasını tələb edən hərəkətləri icra etməyə imkan yaradacaq. Məsələn, istifadəçilər formaları doldura, “Google Sənədlər”-də düzəlişlər edə və ya “dinamik məktubu tərk etmədən, karusel şəklində görüntüləri vərəqləyə biləcəklər.

Qeyd edək ki, “Google” poçtun mobil versiyasında bu imkan bir qədər sonra əlçatan olacaq.

Samirə Məmmədova