gomrukden-budceye-seferber-edilen-qazanc

Gömrükdən büdcəyə səfərbər edilən qazanc

Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 1 milyard 733 milyon 97 min manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 407 milyon 61 min manat və yaxud 30,8% çoxdur.

İnsider.az xəbər verir ki, bu barədə DGK-dan bildirilib. 

Məlumata görə, son 1 ildə büdcəyə daxil olan gömrük rüsumlarının məbləği illik müqayisədə 62 milyon 465 min manat və yaxud 18,3% artaraq 403 milyon 939 min manat, ƏDV üzrə daxilolmaların məbləği 284 milyon 570 min manat və yaxud 31,2% artaraq 1 milyard 196 milyon 512 min manat, aksizlər üzrə daxilolmaların məbləği 57 milyon 278 min manat və yaxud 2 dəfə artaraq 116 milyon 205 min manat, yol vergisi üzrə daxilolmaların məbləği isə 2 milyon 480 min manat və yaxud  17,8% artaraq 16 milyon 842 min manat təşkil edib.

© Report